El bilir ki, sən mənimsən

     Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Ülkər Yaqubova 6b sinfində 18 oktyabr Azərbaycan Respuklikasının Dövlət Müstəqilliyi Günü ilə əlaqədar "El bilir ki, sən mənimsən..." mövzusunda açıq dərs keçirdi. Böyük şair Səməd Vurğunun "Azərbaycan" şeirinin sədaları ilə açılan açıq dərsdə Ülkər müəllim Azərbaycan dövlətinin müstəqillik qazanana qədər keçdiyi tarixi səhifələri öz nitqi ilə işıqlandırdı. Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində yorulmaz fəaliyyəti haqqında geniş məlumat verdi. Möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutan müstəqil Azərbaycan Respublikasının, məhz Ümummilli Liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi sayəsində əbədi və dönməz müstəqillik qazanmasına nail olduğunu xüsusi vurğuladı. Şagirdlərin ifasında ədəbi-bədii kompozisiya təqdim olundu. Məktəbin direktoru Nizaməddin Ağcayev, vaxtilə Ulu Öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimizin bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilməsi və onun əbədiliyinin təmin olunması üçün apardığı düzgün siyasətindən bəhs etdi. Təlim-tərbiyə işləri üzrə direktor müavinləri Elşən Muqumov, Şəfiqə Həsənova, 6b sinfinin rəhbəri Xalidə Süleymanova açıq dərsin keçirilməsi üçün Ülkər müəllimə təşəkkür edərək, bu böyük bayram münasibətilə şagirdləri və müəllimləri təbrik etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi