Müstəqilliyə gedən yol
Məktəbin coğrafiya müəllimi Nərgiz Həşimova 18 oktyabr Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü ilə əlaqədar 10a sinfində "Müstəqilliə gedən yol" mövzusunda açıq dərs keçirdi. Açıq dərsdə Nərgiz müəllim Azərbaycan iqtisadiyyatının müstəqilliyə qədər, müstətiqillik dövrü və müstəqillik əldə edildikdən sonrakı dövrləri barəsində danışdı.Eyni adlı qruplarda şagirdlər hər dövrü əhatə edən iqtisadı-coğrafi vəziyyət haqqında məlumat verdi. Videoçarx nümayiş etdirildi.Məktəbin direktoru Nizaməddin Ağcayev Azərbaycanın müstəqillik əldə etdikdən sonra xalqın böyük inkişaf dövründən, maariflənməsindən, Azərbaycan elminin, mədəniyyətinin, təhsilinin yüksək sürətlə inkişaf etməsindən, respublikamızda güclü iqtisadi potensialın yaranmasından bəhs etdi. Çıxışını Ulu Öndər Heydər Əliyevin müstəqillik haqqında söylədiyi "Bizim vəzifəmiz Azərbaycanın dövlət müstəqilliyini, milli azadlığını qoruyub saxlamaq və onu gələcək nəsillərə çatdırmaqdan ibarətdir. Biz bu yolla gedirik və bu yolla gedib yeni uğurlar əldə edəcəyik" cümlələri ilə bitirərək şagirdləri və müəllimləri bayram münasibətilə təbrik etdi.