11 ci sinif şagirdlərinin “Eduexpo 2019” sərgisində iştirakı

  Bakı Ekspo Mərkəzində “Caspian Event Organisers” (“CEO”) şirkəti tərəfindən təşkil edilmiş 13-cü Azərbaycan Beynəlxalq “Təhsil” (“Eduexpo 2019”) sərgisi öz işini yekunlaşdırıb. Sərgi Azərbaycan respublikası Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə keçirilirdi. Sərginin açılış mərasimində çıxış edən təhsil naziri Ceyhun Bayramov qeyd etdi ki, sərgiyə olan maraq ildən-ilə artır. Bu il təmsil olunan təhsil müəssisələri, tədris ocaqları, şirkət və təşkilatlar bunu sübut edir.“EduExpo 2019” sərgisinin əsas nailiyyəti Azərbaycanda keçirilən beynəlxalq “Təhsil” sərgisinə olan maraq və təhsil sahəsində ölkələr arasında əlaqələrin gücləndirilməsinin ilə bağlıdır. “Eduexpo 2019” sərgisində Azərbaycanın 44 təhsil müəssisəsi təmsil olunub.Məktəbin tarix müəllimi Gülər Osmanova və 11-ci sinif şagirləri sərgidə iştirak etdilər. Sərgini ziyarət edən yuxarı sinif şagirdləri və potensial abituriyentlər peşə və orta təhsil, magistratura sektorları, “MBA”, xaricdə təhsil və tələbə mübadiləsi proqramları haqqında zəngin məlumat toplamağa müvəffəq oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi