Buraxılış imtahanlarına hazırlıq
Məktəbin 9-cu sinif şagirdləri, sinif rəhbərləri, fənn müəllimləri ilə söhbət aparıldı. Məktəbin direktoru Nizaməddin Ağcayev buraxılış imtahanları ilə bağlı geniş məlumat verdi. Cari tədris ilində buraxılış siniflərdə keçiriləcək monitorinqlərin imtahan nəticələrinə təsiri, əlavə dərs məşğələlərinin cədvəli, şagirdlərin məşğələlərdə iştirakının təşkil olunması məsələsi və digər məsələlər müzakirə olundu. Sinif rəhbərlərinin irəli sürdüyü təkliflərin işlənib hazırlanması və həyata keçirlməsi üçün fəaliyyət planının işlənilib hazırlanması nəzərdə tutuldu.