Dünyanin möhtəşəm düzüdür, müəllim!
Körpə ürəklərdə günəş tək yanan,
Çətin sınaqlarda məğrur dayanan,
İstəyi,arzusu çağlayan ümman,
Həyatın ən uca sözüdür, müəllim!
Odur,insanlara düz yol gostərən,
Gözünün nurunu gözlərə verən,
Həyatda əyrini,doğrunu görən,
Dünyanin möhtəşəm düzüdür, müəllim!
5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənəd imzalanmışdır. 1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilmişdir.
Müəllim peşəsini yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyev deyirdi: “Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır”. Ulu öndər həkimiyyətdə olduğu bütün dövrlərdə müəllim əməyinə yüksək qiymət verilməsi, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində çox əhəmiyyətli qərarlar qəbul eimişdir.
5 oktyabr - Müəllim Günü münasibətilə tədbir keçirildi. Tədbirdə məktəbin direktoru Nizaməddin Ağcayev pedaqoji kollektivi şərəfli peşə bayramı münasibətilə təbrik etmiş və onlara fəaliyyətlərində müvəffəqiyyətlər diləmişdir.
Müəllimin məqsədi Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməkdir.
Şərəfli sənət sahiblərini, bu adın mənəvi yükünü təmiz vicdanla daşıyan və bu ada layiq olan bütün müəllimləri təbrik edirik!
Bayramınız mübarək!