Mən sülhə səs verirəm
21 sentyabr "Sülh Günü" kimi qeyd edilir.
Sülh günü ilk dəfə 1981-ci ildə BMT tərəfindən təsis edilib və elə həmin ildən də sentyabrın hər üçüncü çərşənbə axşamı qeyd edilib. 2001-ci ildə Birləşmiş Krallıq tərəfindən təklif edilən qətnaməyə əsasən məhz sentyabr ayının 21-i Sülh günü, ümumdünya atəşkəs günü kimi təqdim olunur.
BMT-nin Nyu-Yorkdakı Baş Qərargahındakı Yaponiyanın hədiyyəsi olan “Sülh zəngi” mövcuddur. Zəngin üzərində “Yaşasın Mütləq Dünya Sülhü” sözləri qeyd olunub. 2007-ci ildə BMT-nin baş katibi Pan Gi Mun “Sülh Zəngi”ni çalaraq dünyanı bütün döyüş əməliyyatlarını, ədavəti 24 saat ərzində dayandırmağa və bir dəqiqəlik sükuta çağırıb. Elə həmin tarixdən də hər 21 sentyabrda “Sülh Zəngi” nin çalınması ilə sülh gününə başlanılır.
Azərbaycan xalqı hər zaman sülhsevər xalq olub. Uzun illər boyu öz qoynunda bütün millətlərə yuva açıb.Təəssüflər olsun ki, hər zaman sülh göyərçini timsalında olan xalqımızın qucaq açıb qoynunda bəslədiyi yad millətlər ona düşmən çıxıb.
Bu Beynəlxalq Sülh Günündə arzu edirik ki, “Sülh göyərçini” Azərbaycan sülh yolu ilə öz Qarabağına və digər torpaqlarına qovuşsun!
21 sentyabr "Sülh Günü" münasibətilə silsilə tədbirlər keçirildi. İbtidai sinif müəllimləri Bahar Hətəmi və Fidan Minxanlı kiçik yaşlı məktəblilərə "SülhGünü", tarixi, mahiyyəti haqqında ətraflı məlumat verdilər. Şagirdlərə videoçarxlar nümayiş etdirildi. Sülh təmsilçiləri öz çıxışlarında sülh rəmzi olan ağ göyərçinləri uçuraraq bütün bəşəriyyəti sülhə və əmin-amanlığa çağıran şüarlar səsləndirdilər.