Salam,doğma məktəb

Prezident İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanına uyğun olaraq, ölkədə yeni dərs ili sentyabrın 15-də başlayır və bu tarix Bilik Günü kimi qeyd olunur. Bu ilki "Bilik Günü" bazar gününə təsadüf etdiyindən 2019/2020-ci tədris ili bu gün, 16.09.2019-cu il tarixdə keçirildi.
Bilik günü məktəb həyatına qədəm basan birincilər üçün səbirsizliklə , sevinc və həyacanla gözlənilən, xüsusi qayği və məmnuniyyətlə, təntənəli şəkildə qarşılanacaqları bir gündür. Onlar əlifba ilə tanış olub, kitablar oxuyub, şeirlər əzbərliyəcək və beləcə ilk zəngin sədası ilə yeni həyata məktəb həyatına qədəm qoyacaqlar.Son illərdə Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub. Prezident İlham Əliyevin qayğısı , Heydər Əliyev fondunun həyata keçirdiyi layihələr Ulu Öndərin təhsil siyasətinin ugrlu davamının göstəricisidir.Azərbaycan Respublikasının Dövlət Himninin səsləndikdən sonra məktəbin direktoru Nizaməddin Ağcayev giriş sözü ilə "Bilik Günü" tədbirini açıq elan etdi. Nizaməddin müəllim öz çıxışında 2018/2019-cu tədris ilində əldə olunan nailiyyətlər, məktəbdə yeni tədris ilinə hazırlığın vəziyyəti, məktəbə daxil olan yeni pedaqoji kadrlar və digər məsələlər haqqında ətraflı məlumat verdi. Şagird kontingentinin nəzərə çarpacaq dərəcədə artmasının məktəbin qazandığı uğurlar sayəsində olduğunu xüsusi vurğuladı.Suraxanı rayon İcra Hakimiyyəti Hövsan qəsəbə nümayəndəsi Ağasəlim Əliyev məktəbin pedaqoji və şagird heyətinə Suraxanı rayonu İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun təbrik məktubunu oxudu, onları yeni tədris ilinin başlanması münasibətilə təbrik etdi. Şagirdlərin ifasında şeir və mahnılar səsləndirildi. İlk zəngin səsi ilə məktəbin şagirdləri siniflərə daxil olaraq ilk dərslərini keçdilər.Yeni tədris ilində ibtidai siniflərdə ilk dərs məşğələsi “İdman və sağlamlıq”, V-IX siniflərdə “Mütaliə - mənəvi zənginliyə aparan yol”, X-XI siniflərdə isə “Azərbaycan inkişaf yollarında” mövzularına həsr olunacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi