Növbəti dərs ili üçün Pedoqoji Şura iclası keçirildi

13.09.2019-cu il tarixində 2019/2020-ci tədris ilinin ilk Pedaqoji Şura iclası keçirildi. Pedaqoji Şuranın gündəliyinə aşağıdakı məsələlər daxil edilmişdi:
1. 2018/2019-cu tədris ilinin yekunları, yeni tədris ilində məktəbin hədəfləri, Təhsil Nazirinin 30.08.2019-cu il tarixli F-531 nönrəli əmrinin tələbləri qarşısında duran vəzifələr;
2. Təhsil Nazirliyinin 06.11.02014-cü il tarixli kollegiyasının 1/2 nömrəli qərarı ilə təsdiq edilmiş "Müəllimlərin etik davranış qaydaları"nın müddəalarının müzakirəsi, 2019/2020-ci tədris ili üçün məktəbin daxili nizam-intizam qaydalarınının müzakirəsi;
3. Şagirdlərin dərsliklərlə təmin olunması;
4. Sinif otaqlarının, kabinetlərin və xidməti otaqların təhkim olunması və digər məsələlər eşidildi.
Məktəbin illik "Fəaliyyət Planı", "Pedaqoji Şuranın illik Fəaliyyət Planı", direktorun, müavinlərin, UBT rəhbərinin, GÇH üzrə rəhbərin, psixoloqun, və İKT üzrə direktor müavininin "Fəaliyyət Planı", müəllimlərin dərs bölgüsü, müəllimlərin korporativ geyim tərzi müzakirəyə qoyularaq təsdiq edildi və müvafiq qərarlar qəbul edildi. 16.09.2019-cu il tarixində keçiriləcək "Bilik Günü" tədbirinin detalları müzakirə olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi