"Dövlət ümumi təhsil müəssisələrinin 2019/2020-ci tədris ilində dərslik və metodik vəsaitlərlə təminatı işinin təşkili prosesi

"Dövlət ümumi təhsil müəssisələrinin 2019/2020-ci tədris ilində dərslik və metodik vəsaitlərlə təminatı işinin təşkili haqqında" Azərbaycan Respublikası Təhsil nazirinin 18 iyul 2019-cu il tarixli F-450 nömrəli əmri, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müvafiq tapşırıqlarına uyğun olaraq məktəbin dərslik və metodik vəsaitlərlə tam təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Məktəb rəhbərliyinin müvafiq əmri ilə yaradılmış təşkilat komitəsinin fəaliyyət planı əsasında məktəbin şagird kontingenti nəzərə alınmaqla, məktəb kitabxanası bütün siniflər üçün yeni çap olunmuş dərsliklər və metodik vəsaitlərlə təchiz olunmuş və müvafiq qaydalara uyğun qeydiyyat aparılmışdır. Artıq dəsliklərin siniflər üzrə paylanılması işinə start verilmişdir. Dərsliklər və metodik vəsaitlər sinif rəhbərləri ilə kitabxana müdiri arasında bağlanmış xüsusi akt əsasında təhvil verilir. Dərsliklərin şagirdlərə paylanılması işinin 04 sentyabr 2019-cu il tarixinə qədər başa çatdırılması nəzərdə tutulmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi