Lütfi Zadə adına Məktəblilərarası IV Məntiq Olimpiadası qalibləri mükafatlandırıldı
Lütfi Zadə adına Məktəblilərarası IV Məntiq Olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Bakı Şəhər Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev son illərdə ölkəmizdə bütün sahələr üzrə istedadlı şagirdlərin aşkara çıxarılmasına xüsusi diqqət yetirildiyini, onların bilik və bacarıqlarının inkişafı istiqamətində böyük işlər görüldüyünü bildirib. İdarə müdiri istedadlı şagirdləri həvəsləndirmək, onların yaradıcılığa və elmə olan marağını artırmaq, nəzəri və təcrübi biliklərini təkmilləşdirmək, məntiqi biliklərinin artmasına təkan vermək, onlara beynəlxalq və yerli olimpiadalarda, eləcə də bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, şagirdlər arasında sağlam rəqabət mühiti yaratmaq məqsədilə Təhsil Nazirliyi və BŞTİ tərəfindən il ərzində bir çox müsabiqələrin təşkil olunduğunu qeyd edib.Olimpiadada məktəbi təmsil edən 6"A" sinif şagirdi Rəvanə Məmmədli 17 baldan yuxarı nəticə göstərərək olimpiadanın qalibi olan 44 nəfər şagirdin sıralarında yer almışdır.Olimpiadada yüksək nəticələr əldə etmiş şagirdlərə medal, diplom, sertifikat və qiymətli hədiyyələr təqdim olunmuşdur.