Tariximizi öyrənirik.
İstirahət günlərində məktəblilərin doğma Vətənimizin qədim tarixi məskənləri ilə tanış olması, adət-ənənələrini, milli-mənəvi dəyərlərini, keçmişini, bu gününü öyrənmək məqsədilə ekskursiyalar təşkil olunur. Növbəti ekskursiya məktəbin tarix müəllimi Şəfiqə Həsənova və 8"C" sinif şagirdlərin xalq sənətkarları, özünəməxsus adət-ənənələri və gözəl təbii landşaftı ilə məşhur, Qafqaz dağlarının cənub-şərq yamaclarında Niyal silsiləsinin ətəyində və Girdimançayın yuxarı axarında, dəniz səviyyəsindən 1200-1500 m hündürlükdə yerləşən, Böyük İpək Yolu beynəlxalq turist marşrutuna daxil edilmiş İsmayıllı rayonunun Lahıc qəsəbəsinə oldu. Müəllim və şagirdlər qədim sənətkarlıq yurdu və açıq səma altında bir muzey kimi həmişə diqqət mərkəzində olan Lahıc qəsəbəsini gəzmiş, 2000 ildən artıq tarixi haqqında ətraflı məlumat almış, Lahıc sənətkarlarının əl işləri ilə yaxından tanış olmuşlar