"Yurdumuza bahar gəlir"adlı tədbir keçirildi
Bu gün 118 nömrəli tam orta məktəbdə “Yurdumuza Bahar gəlir” başlığı altında tədbir keçirildi.Tədbirdən öncə məktəbin direktoru N.Agcayev,məktəb valideyn icmasının sədri hacı Allahverən Məmmədzadə,Hövsan Gənclərinin nümayəndəsi Anar Əsədullayevin şəxsi təşəbbüsü ilə məktəbin aztəminatlı 14 nəfər texniki işçisinə bayram hədiyyəsi olaraq ərzaq payı verildi.Eyni zamanda,Bahar bayramı münasibətilə 5-9-cu siniflər arasında keçirilən şeir müsabiqəsinin qalibləri fəxri fərmanla mükafatlandırıldı.Mart ayının 5-də məktəbin müəllim kollektivi və şagirdləri Suraxanı rayonu "Atəşgah məbədi"Tarixi-Memarlıq Qoruğunda təşkil edilən ilaxır çərşənbə ilə bağlı Novruz şənliyində də iştirak etmişdilər.Novruz bayramının ilaxır çərşənbəsi ilə bağlı təbbirlərə Azərnetf meydanından start verilmişdir.Novruzun əsas personajlarından ibarət böyük bir karvan "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğuna yola düşmüşdür.Karvana Novruzun əsas qəhrəmanları sayılan Keçəl, Kosa və Bahar qız da qoşulmuşlar. Bu dəstə Atəşgahdan ulu Dədə Qorqudun elimizə-obamıza xeyir-duasını alandan sonra oradakı əbədi məşəldən od götürüb geri dönmüşdür. Həmin alovla Qız qalasındakı tonqallar yandırılmışdır. Bununla da baharın qədəmlərinə mübarək deyilmişdir.Məktəbimiz də, milli adət-ənənələri özündə əks elətdirən Novruz atributları ilə çıxış edirdi.Burada qədimdən qalma kilimlər,samovarlar,xurcunlar və s.nümayiş etdirilmişdir.Tədbir" Xəzər" və "Space"telekanalları ilə yayınlanmışdır.Bu gün isə həmin tədbirin davamı olaraq məktəbin həyətində bayram münasibətilə böyük şənlik keçirildi.Tədbirdə 9-c sinfinin "Arşın mal alan"tamaşasından səhnələşdirdikləri kiçik bir hissə,5-c sinif şagirdlərinin ifasında səsləndirilən şeirlər,şagirdlərin ifasında milli rəqslər,mahnılar müəllim və şagirdlərin,həmçinin də kənd sakinlərinin böyük marağına səbəb oldu.Məclisə gələn Dədə Qorqud söz söylədi,boy boyladı,Novruzun əsas personajları olan Kosa və Keçəl öz baməzə oyunları ilə tədbirə xüsusi rəng qatdılar.Tədbir iştirakçıları məktəbin həyətində alovlandırılan tonqalın ətrafında "Yallı"rəqsini ifa etdilər.Uşaqlar tonqal üstündən atlanaraq Novruzun bu qədimdən qalma inanclarına bir daha inandıqlarını nümayiş etdirdilər.