Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya “YOX” deyək
Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə və narkomanlığa, insan alverinə qarşı mübarizəyə dair, insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində, həmçinin yetkinlik yaşına çatmayanların hüquq pozuntularının profilaktikasına həsr olunmuş növbəti tədbir keçirilmişdir. Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Lalə Nabatovanın 6"A" sinfində "Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya “YOX” deyək!" mövzusunda keçirdiyi seminarda şagirdlər hazırladıqları etiraz plakatlarını təqdim etdilər. Cəmiyyət üçün qlobal təhlükə daşıyan "Narkomaniya bəlası"nın kütləvi xarakter daşımasının qarşısının alınmasında məktəblilərin üzərinə düşən vəzifə və borcların yerinə yetirilməsinin zəruri olduğunu ifadə edən, bütün dünyanı bu bəladan qorumaq üçün birliyə yönəldən çağırışlar səsləndirdilər.