Uşaqlar bizim gələcəyimizdir
1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Suraxanı rayonu İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə, "Atəşgah" Dövlət Tarixi-Memarlıq kompleksində, rayonun ərazisində ümumtəhsil məktəbləri, məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə alan uşaqların iştirakı ilə bayram tədbiri keçirildi. Uşaqlar rəngarəng rəqslərini, və mahnılarnı təqdim etdilər. Tədbirdə iştirak edən məktəbin şagirdləri əyləncə dolu anlar yaşadılar və tədbirin təşkilindən məmnun qaldılar