Nəsimi poeziyasının işığında

     "Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planı əsasında məktəbin tədbirlər planının 2.1.5 bəndinə uyğun olaraq məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Lalə Nabatova Azərbaycanın böyük mütəfəkkiri və şairi İmadəddin Nəsiminin yaradıcılığına həsr olunan "Nəsimi poeziyasının işığında" adlı ədəbi-bədii tədbir keçirdi. Tədbirdə Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarından olan İmadəddin Nəsiminin dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan, daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm edən əsərləri haqqında ətraflı məlumat verilmiş, Anadilli şeirin humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə daha da zənginləşməsində unudulmaz şairin misilsiz xidmətləri xüsusi vurğulanmışdır. Şagirdlər böyük şairin əsərlərindən fraqmentlər səhnələşdirərək təqdim etmişlər. 1973-cü ildə lentə alınmış "Nəsimi" kinofilmindən parçalar nümayiş etdirilmişdir. Məktəbin direktoru Nizaməddin Ağcayev çıxış edərək münasibət bildirmiş, tədbir təşkilatçılarına və şagirdlərə təşəkkür etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi