Tarixi abidələrimizi qoruyaraq gələcək nəsillərə ötürək

    Keçmişdən gələcəyə körpü rolunu oynayan və ulu babalarımızın bizə yadigar qoyduğu hər bir abidə xalqımızın qədim mədəniyyətinin göstəricisidir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə xalqımızın tarixinin öyrənilməsi, tarixi və mədəni irsinin qorunub saxlanılması sahəsində mühüm işlər görülmüşdür. 1998-ci ildə “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi, tarixi abidələrin qorunması, tədqiqi və mühafizəsinin qanunvericilik qaydasında təsbit olunması bu sahədə həyata keçirilən tədbirlərin miqyasını daha da genişləndirmişdir. Son illər bu sahədə həyata keçirilən tədbirlər nəticəsində tarixi abidələrimiz YUNESKO-nun Dünya Mədəni İrs Siyahısına salınmış, tarix və mədəniyyət abidələrinə diqqət və qayğı artırılmışdır. Milli-mənəvi dəyərlərimizin təbliği, qorunması, inkişafi istiqamətində müntəzəm olaraq maarifləndirici tədbirlər keçirilir. Məktəbin ibtidai sinif müəllimi Pərvin Qafarova rəhbərlik etdiyi 3"Ç" sinfində Azərbaycan dili fənnindən "Şirvanşahlar sarayı" mövzusunda açıq dərs keçirdi. Şagirdlər Şirvanşahlar sarayı haqqında məlumatları özündə əks etdirən videofilm izlədilər. Tədqiqat sualına uyğun qrup işlərini təqdim etdilər. Müasir dərsin bütün mərhələlərində fəalliq göstərən şagirdlər qiymətləndirildilər. Məktəbin direktoru Nizaməddin Ağcayev dərsin müzakirəsi zamanı Pərvin müəllimə öz tapşırıq və tövsiyələrini verdi

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi