Abidələrimiz, məscidlərimiz-tariximizin yaddaşı
Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Mehparə Salmanova "Kəndimizin tanınmış simaları", "Abidələrimiz, məscidlərimiz-tariximizin yaddaşı" mövzusunda tədbir keçirdi. Tədbirdə Mehparə müəllim əsrlərə söykənən tarixi keçmişə malik qədim Hövsan kəndinin keçmişi, bu günü, tarixi, memarlıq və mədəni abidələri, tanınmış şəxsiyyətləri barəsində danışdı. Şagirdlərin təqdimatında Hövsan kəndində yazıb, yaratmış şairlərin şeirləri səsləndirildi. Məktəbin direktoru Nizaməddin Ağcayev Hövsan kəndini istər respublika, istərsə də beynəlxalq səviyyədə təmsil edən, sakinlərin fəxr və qürur duyduqları simalarını xüsusilə vurğuladı və bu sahədə araşdırmaların davam etməsinin və müntəzəm olaraq şagirdlərin diqqətinə çatdırılmasının məqsədəuyğun olduğunu qeyd etdi.