Təhlükəsizlik orqanlarımız AXC dövründə
Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqının tarixində dərin dövlətçilik izləri buraxmışdır.2018-ci il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanı ilə"AXC ili"elan olunmuşdur.Bu il də,Respublika günü münasibətilə məktəbimizdə silsilə tədbirlər keçirilir.Şəfiqə Həsənova öz təqdimatında AXC-nin Təhlükəsizlik orqanlarının tarixi barəsində geniş məlumat verdi.Tədbirdə iştirak edən "8 C" sinif şagirdləri mövzu ətrafında çıxışlar edərək AXC ƏMT və DMK haqqında fikir mübadiləsi etdilər.Tədbirdə AXC-nin yaranması,Azərbaycan Respublikasının DTK orqanlarının 100 illiyi münasibətilə hazırlanmış videoçarxlar nümayiş etdirildi.Məktəbin tarix müəllimi Pərvanə Hacıyeva sadalanan tarixi faktlara öz münasibətini bildirdi.Nizaməddin Ağcayev tədbiri təşkil etdiyinə görə Şəfiqə müəllimə xüsusi təşəkkürünü bildirdi,şagirdlərə öz dəyərli tövsiyyələrini verdi