IX sinflər üzrə sonuncu sınaq qiymətləndirmə
14 mart 2019-cu il tarixində təlim nəticələri zəif olan şagirdlərin müəyyənləşdirilməsi məqsədilə məktəbdə təşkil olunmuş diaqnostik qiymətləndirmənin nəticələrinə görə həmin şagirdlərlə xüsusi proqram əsasında keçirilən əlavə dərslərin səmərəliliyini və şagirdlərin öyrənmə prosesini qiymətləndirmək üçün məktəbin 9-cu siniflərində 3-cü (sonuncu) sınaq qiymətləndirilməsi təşkil olunmuşdur. Azərbaycan dili, riyaziyyat, xarici dili fənləri üzrə 25 qapalı tapşırıqlardan ibarət monitorinq materialları şagirdlərə paylanılmış, nəzarətçilər və sinif otaqları müəyyənləşdirimişdir. İmtahanın nəticələri yoxlanılaraq müzakirə edilmiş və növbəti həftə elan olunacaqdır