Balacalara dostluğun sirrlərini öyrədək
Məktəbin ibtidai sinif müəllimi Şərqiyyə Əliyevanın 1"Ç" sinfində ana dili fənnindən "Dostluq köməyi" mövzusunda açıq dərsi keçirildi. Dərsdə Azərbaycanın işğal olunmuş torpaqlarından məcburi köşkün olan kiçik yaşlı şagirdin məktəb həyatından bəhs edən hekayə müzakirə olundu. Şagirdlərə qrup tapşırıqları verildi və təqdimat aparıldı. Məktəbin direktoru Nizaməddin Ağcayev Şərqiyyə müəllimə və kiçik şagirdlərə öz tapşırıq və tövsiyələrini verdi.