Müstəqil Azərbaycan

   İstiqlal Bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 may tarixi hazırda dövlət müstəqilliyinin bərpa edilməsi günü - Respublika Günü kimi qeyd edilir. 1991-ci ildə öz müstəqilliyini bərpa edən müasir Azərbaycan Respublikası,1918-1920-ci illərdə 23 ay ərzində mövcud olan və müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət kimi tarixə düşən Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, həmin dövr üçün mütərəqqi hesab edilən dövlət təsisatlarının yaradılmasına nail olmuşdur. Gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və sair sahələrdə həyata keçirdiyi işlər Azərbaycan xalqının tarixinin parlaq səhifəsidir."Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında"Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planı əsasında hazırlanmış birgə iş planının milli-mənəvi və ümumbəşəri dəyərlərin formalaşdırılması sahəsində 2.1.1.maddəsinə uyğun olaraq məktəbin tarix müəllimi Gülər Osmanova "İlk Parlamentli respublika" mövzusunda təqdimat keçirdi. Tədbirdə AXC-nin qurulması və müsəlman Şərqində ilk respublikanın yaradılması, mövcud olduğu dövrdə həyata keçirdiyi işlər, görkəmli nümayəndələri barəsində ətraflı məlumat verildi. Şagirdlər öz gözəl çıxışları ilə vətənə olan bağlılıqlarını,sonsuz sevgilərini ifadə etdilər. Sonda məktəbin direktoru Nizaməddin Ağcayev çıxış edərək müstəqil Azərbaycan Respublikasının AXC -nin siyasi varisi olduğunu bir daha təsdiqlədi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi