Laçının işğalından 27 il ötdü

   Azərbaycanın strateji cəhətdən mühüm əhəmiyyət kəsb edən Laçın rayonunun işğalından 27 il keçir.1992-ci il may ayının 17-18-də erməni işğalçıları rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan etmişdir. İşğal nəticəsində 63 min 341 Azərbaycan vətəndaşı öz yurdundan didərgin düşmüş, 300-dən artıq hərbi və mülki şəxs həlak olmuş və itkin düşmüşdür. Əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurmuşdur. Bununla əlaqədar olaraq 17.05.2019-cu il tarixdə anım tədbiri keçirildi. Tədbirdə şagirdlərin ifasında ədəbi-bədii kompozisiya təqdim olundu. Zəngin təbii sərvətlərə və əsrarəngiz gözəlliyə malik bu diyarın tarixi keçmişini,dünənini və bu gününü əks tdirən vidoçarxlar nümayiş etdirildi.LAçın uğrunda canlarını fəda etmiş əsgərlərin ruhu ehtiramla yad edildi. Məktəbin fiziki tərbiyə müəllimi Xatirə Məmmədova öz xatirələrini tədbir iştirakçıları ilə bölüşdü. Məktəbin direktoru Nizaməddin Ağcayev çıxış edərək Laçın rayonun ərazisindəki tarixi, mədəniyyət və memarlıq abidələri, əsrarəngiz təbiəti haqqında ətraflı məlumat verdi və tədbirin təşkilatçılarna və şagirdlərə minnətdarlığını bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi