"Analar bizim sevincimizdir"adlı tədbir keçirildi
Beynəlxalq Qadınlar Günü — Hər il 8 mart tarixində qeyd olunan Beynəlxalq İşçi Qadınlar Günü olaraq da tanınan qadınların iqtisadi, ictimai və siyasi mübarizəsini, habelə ümumi olaraq qadınlara qarşı nəzakət, sevgi və məhəbbəti tərənnümünü ənənəvi hala gətirmiş bayram.Elə bir bayram ki,bu gün bütün bəşəriyyət qadın qarşısında,analar qarşısında diz çökür...Bütün dünyada olduğu kimi,respublikamızında hər yerində dünyanın ən incə,ən zərif,qayğıkeş.sevimli varlığı anılır.Mart ayının 4-də məktəbimizin 2-c sinif müəllimi Fəridə Babayeva 8 Mart-Beynəlxalq Qadınlar günü münasibətilə "Analar bizim sevincimizdir"adlı tədbir keçirtdi.Tədbirdə 2-c sinif şagirdləri bayram münasibətilə maraqlı və rəngarəng çıxışlar etdilər.Balaca fidanlar analara təbriklərini şeir parçaları,mahnılar və rəqslərilə bildirdilər.Onların ana,qadın haqqındakı fikirləri tədbir iştirakçılarının böyük marağına səbəb oldu.Tədbirdə məktəb rəhbərliyi və müəllimlərlə yanaşı,valideynlərdə iştirak edirdilər.Tədbirdə çıxış edən F.Babayeva qeyd etdiki,bugün övladının boya-başa çatmasına,onun təhsil almasına,isti bir ailə qurmasına dəstək olan anadır.O,bu gün işçidir,vəzifə sahibidir,dövlətin rifahı naminə önə atılan qüvvədir.Bu gözəl gün münasibətilə bütün qadınları,anaları səmimi qəlbdən təbrik etdi,onlara işlərində uğurlar arzuladı.Tədbir uşaqların şən ifaları ilə başa çatdı.