9 May-Qələbə Günü
Bu gün alman faşizmi üzərində tarixi qələbədən 74 il keçir. Bu müharibədə Azərbaycandan 660 min şəxs iştirak edib. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər mübarizə yolu keçib, 130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər “Şərəf” ordeni, 170 min soydaşımız SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. Faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kimi qey
olunur. Qələbə günü münasibətilə ölkənin müxtəlif bölgələrində və paytaxtda tədbirlər keçirilmişdir. Hər il olduğu kimi bu il də Hövsan qəsəbəsində Böyük Vətən müharibəsində iştirak edən azərbaycanlıların şərəfinə ucaldılmış abidənin önündə bayram tədbiri keçirilmişdir. Tədbirdə Hövsan qəsəbə məktəblərinin müəllim və şagirdləri və digər qonaqlar iştirak etmişlər. Məktəbin direktoru Nizaməddin Ağcayev tədbiri giriş sözü ilə açmış və sonra şagirdlərin təqdimatında şeirlər, mahnılar səsləndirilmişdir. Abidənin önünə çiçəklər düzülmüşdür.