8 Mart-Beynəlxalaq Qadınlar günü münasibətilə tədbir keçirildi

Bu gün 118 №-li tam orta məktəbdə məktəbin kimya müəllimi Cəmilə Çələbiyevanın təşkilatçılığı ilə 8 Mart-Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirildi.Tədbiri giriş sözüylə açan Cəmilə Çələbiyeva bildirdi ki,müasir dövrümüzdə Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında fəal rol oynayan bir varlıqdır: “Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva bütün dünyaya sübüt edir ki, Azərbaycan qadını gözəl ana olmaqla bərabər , həm də fəal ictimai xadim ola bilər. Bu gün əbəs yerə deyil ki, respublikamızın bir çox sahələrində çalışanların böyük bir hissəsini qadınlar təşkil edir.Azərbaycan qadını həm həkim, həm müəllim, həm memar, həm dövlət qulluqçusu, həm hərbiçi, həm ictimai-siyasi xadim, həm də qayğıkeş ana, vəfalı həyat yoldaşıdır”.Cəmilə müəllim öz çıxışında bütün qadınları bu gözəl bayram münasibətilə təbrik etdi,onlara işlərində yeni-yeni nailiyyətlər arzulayaraq tədbirin ədəbi-bədii hissəsinə keçid aldı.Şagirdlərin ifasında analar anıldı.Onların əvəzolunmaz ,bütün bəşəriyyətin səcdə qıldığı varlıqlar olduğu bir daha nəzərə çatdırıldı.Bir-birindən gözəl ədəbi-bədii kompozisiyalar,səhnəciklər,şeirlər hər kəsin böyük marağına səbəb oldu.Analar mahnılarda oxundu,şeirlərdə əzbərləndi,səhnəciklərdə canlandırıldı.Sonra məktəbin direktoru N.Ağcayev qadınları təbrik edərək, onlara xoş arzularını çatdırdı. Bildirdi ki, Azərbaycan qadını tarixin bütün dövrlərində yüksək mənəvi-əxlaqi xüsusiyyətləri öz xarakterində birləşdirib. Qədim köklərə söykənən milli ailə dəyərlərinin daşıyıcısı olan Azərbaycan qadını həm də cəmiyyətin gələcəyi üçün sağlam nəsil yetişdirən bir ana olaraq həmişə dərin hörmət və ehtirama layiq olub. Eyni zamanda, bu gün qadınlar respublikanın ictimai-siyasi həyatında, ölkənin tərəqqisi proseslərində fəal iştirak edir və öz töhfələrini verirlər.O, saçını müəllimlik peşəsində ağartmış qadınları ayrıca təbrik edərək qeyd etdiki, Şərqdə ilk dəfə səsvermə hüququ qazanmış Azərbaycan qadını bu gün ölkəmizi beynəlxalq müstəvidə layiqincə təmsil edirl,Azərbaycan qadınının əsl simasını dünya ictimaiyyətinə çatdırır.Tədbir Məktəb rəhbərliyinin təşkil etdiyi şirniyyat süfrəsi arxasında davam etdirildi.