Məndə sığar iki cahan
Nəsiminin anadan olmasının 650 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli 689 nömrəli Sərəncamı, Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 11 yanvar 2019-cu il tarixli Sərəncamına əsasən "Nəsimi ili" çərçivəsində ölkədə silsilə tədbirlər həyata keçirilir.
Görkəmli Azərbaycan şairi və mütəfəkkiri, Azərbaycan dilini ədəbi-bədii dil səviyyəsinə yüksəldən böyük ustad İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu ilin "Nəsimi ili" elan edilməsi şairə verilən dəyərin, hörmət və ehtiramın ən yüksək göstəricisidir.
Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş, mütəfəkkir, şair İmadəddin Nəsiminin zəngin irsi ilə bağlı elmi-bədii konfrans keçirildi.
Konfransa dəvət olunmuş filologiya üzrə fəlsəfə doktoru, Füzulişünas, alim Vərağa Almasovun iştirakı ilə şairin irsinin tədqiqi və təbliği mövzusunda geniş müzakirələr aparıldı. Vərağa müəllim şagirdlərin çoxsaylı suallarını cavablandırdı. Böyük ustadın həyat və yaradıcılığını əks etdirən videoşarx nümayiş olundu. Şagirdlərin ifasında görkəmli şairin qəzəlləri səsləndirildi.
Məktəbin direktoru Nizaməddin Ağcayev çıxış edərək 2019-cu ilin "Nəsimi ili" elan edilməsini Azərbaycan mədəniyyətinin təbliğinəçox böyük töhfə olduğunu qeyd etdi. Konfransın keçirilməsində əməyi olan məktəbin müəllimləri Şəfiqə Həsənovaya və Ülkər Yaqubovaya öz təşəkkürünü bildirdi.