İmtahanlar ərəfəsində
Ümumi orta təhsil bazasında buraxılış fənləri (riyaziyyat, ana dili və xarici dil) üzrə 9-cu siniflərdə monitorinq keçirilmişdir. Hər fəndən 30 test tapşırığı olmaqla sual kitabçaları müxtəlif variantlarda hazırlanaraq şagirdlərə paylanılmış, sinif otaqları və nəzarətçilər müəyyənləşdirilmişlər. Monitorinqin nəticələri yoxlanılmış və yaxın vaxtlarda şagird və müəllimlərin müzakirəsinə veriləcəkdir.