Mülki Müdafiə günü keçirildi
1 Mart-Ümumdünya Mülki Müdafiə günü ilə əlaqədar olaraq,Suraxanı rayonu E.Cəfərov adına 118 №-li tam orta məktəbdə tədbir keçirildi.Məktəbdə 22.02.2016-cı il üçün Mülki Müdafiə üzrə aparılacaq işlər barədə verilmiş əmrə əsasən hər bir sahə üzrə cavabdeh şəxslər,dəstə rəhbərləri müəyyən edilmiş tədbirlər planı üzrə müəyyən işlər aparılmış və aparılmaqdadır.Belə ki,qərargah üzvləri və dəstə rəhbərləri ilə ilk məşğələdə hər bir cavabdeh şəxsin aparacağı işlər bir daha nəzərə çatdırılmış,yerli şərair nəzərə alınmaqla işlərin aparılması qaydası müəyyən edilmişdir.Sonra dəstə rəhbərlərinin,ayrı-ayrı dəstə və manqaların məşğələləri təşkil edilmiş,onlara lazımi təlimatlar verilmişdir.Verilmiş təlimat və təlimatların yerinə yetirilməsi,aparılan işlərin vəziyyəti obyektin rəhbəri və Mülki Müdafiə qərargah rəisi tərəfindən daim nəzarətdə olmuş,yeri gəldikcə köməklik göstərilmişdir.Fevralın 4-dəMülki Müdafiə günü ilə əlaqədar sınaq keçirilmiş,müşahidə olunan çatışmamazlıqların aradan qalddırılması üçün lazımi tapşırıqlar verilmişdir.25 fevral tarixində dərs başlamazdan əvvəl sıra qarşısında "Mülki Müdafiə"günü ilə əlaqədar qısa söhbətlər aparılmış,tədbirin əhəmiyyəti barədə məlumat verilmişdir.01.03.2016-cı il tarixində saat 10:00-da həyacan siqnalı ilə tədbirin başlanması elan edilmiş,tədbir keçirilmişdir.Yəni şagirdlər sinif-sinif fənn müəllimlərinin nəzarətində sığınacağa daxil olmuş,orada mövzu üzrə məktəbin direktoru N.Ağcayev "Mülki Müdafiə və yeni informasiya texnologiyaları"mövzusunda ətraflı söhbət aparmışdır.Şagirdləri və müəllimləri maraqlandıran suallara cavab vermişdir.Sonra planın növbəti bəndləri üzrə tədbirlərin davam etdirilməsi üçün şagirdlər həyətdə sıra ilə düzülmüşlər,bəzi siniflər isə zala dəvət olunmuşdular.MM üzrə açıq dərslər sinif rəhbərləri tərəfindən keçirilmişdir.Daha sonra normativlərin qəbulu aparıldı.İlk tibbi yardımın aparılması praktiki olaraq həyata keçirildi.Tədbir müvəffəqiyyətlə başa çatdı.