Vətən mənə oğul desə, nə dərdim
"Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planı əsasında məktəbin tədbirlər planının 1.1.3 və 3.1.4 bəndlərinə uyğun olaraq məktəbin ingilis dili müəllimi Rəhilə Hacıyevanın təşkilatçılığı ilə " Vətən mənə oğul desə nə dərdim - Azərbaycanın Milli Qəhrəmanları" adlı ədəbi-bədii tədbir keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədr müavini və Yeni Azərbaycan Partiyası Beynəlxalq əlaqələr şöbəsinin müdiri millət vəkili Sevinc Fətəliyeva, Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Suraxanı rayon komitəsinin sədri Fərhad Həsənov, Azərbaycan Qarabağ müharibəsi əlilləri, Veteranlar və Şəhid Ailələri ictimai birliyinin Suraxanı rayon şöbəsinin sədri Oqtay Əliyev və Qarabağ Müharibəsi Veteranlar Birliyinin Suraxanı rayon şöbəsinin sədri Eldar Rüstəmov, şairə Sədaqət Şıxlı, araşdırmaçı-alim Zəki Bayram, Dövlət Sərhəd Xidməti şəxsi heyət üzrə şöbənin zabiti Tahir Əbilov və digər əməkdaşları, Aprel döyüşlərinin iştirakçısı Toğrul Seyidov, Hövsan Gənclər Birliyinin sədri Anar Əsədullayev və digər qonaqlar iştirak etmişlər. Azərbaycan Respublikasının Dövlət Himni ilə açılan tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan əsgər və zabitləri ehtiram sükutu ilə anıldı. Şagirdlərin ifasında vətənpərvər ruhlu mahnı və şeirlər səsləndirildi. Xəlil Rza Ulutürk və Təbriz Xəlilbəyliyə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim olundu, videoçarxlar nümayiş etdirildi.Qonaqlar çıxış edərək tədbirdən məmnun qaldıqlarını və məktəbin direktoru Nizaməddin Ağcayevə və tədbirin təşkilatçısı Rəhilə Hacıyevaya minnətdarlıqlarını bildirdilər. Aprel döyüşlərinin iştirakçısı Toğrul Seyidov döyüş xatirələrindən danışdı. Fərqlənən şagirdlər Diplomlarla təltif olundular. Tədbirin sonunda "Qarabağ şikəstəsi" alqışlarla müşaiyət olundu.