Azərbaycan musiqisinin inkişaf yolları
Məktəbin musiqi müəllimi Könül Həsənova "Azərbaycan musiqisinin inkişaf yolları" mövzusunda seminar keçirmişdir. Seminarda Könül müəllim şagirdlərə musiqi sənətinin inkişaf tarixi, folklor musiqimiz, Azərbaycan xalq rəqsləri YUNESKO-nun "bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərlərindən biri" elan etdiyi Azərbaycan muğamı, xalq çalğı alətləri, aşıq musiqisi və qədim dartımlı, simli musiqi aləti saz, Azərbaycan klassik musiqisi və onun banisi dahi bəstəkar Üzeyir Hacıbəyov, estrada musiqisi, vokal janrı, caz, rok, rep, meyxana, uşaq musiqisi haqqında ətraflı məlumat vermişdir. Şagirdlər janrlar barəsində biliklərini, rəqslər, mahnılar təqdim etmişlər. Seminarda Ümummilli lider Heydər Əliyevin Azərbaycan musiqisinə verdiyi dəyəri əks etdirən videoçarx nümayiş olunmuş və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin xalqı ilə birlikdə ifa etdiyi "Azərbaycan" mahnısı səsləndirilmişdir.
Məktəbin direktoru Nizaməddin Ağcayev məktəbin tədbirlər planına uyğun olaraq şagirdlərdə Azərbaycan mədəniyyətinin bir qolu olan, Azərbaycan milli folklorunu təmsil edən, xalq və ya ayrı-ayrı azərbaycanlı bəstəkarlar tərəfindən yaradılan, çoxəsrlik inkişaf yolu keçən Azərbaycan musiqisi haqıında biliklərin formalaşdırılması üçün bu tədbirlərin təqdirəlayiq olduğunu bildirmişvə Könül Həsənovaya təşəkkür etmişdir.