Gələcəyin həkimləri
16 nömrəli uşaq poliklinikasının pediatrı, sahə həkimi Baxışova Mehparənin iştirakı ilə maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Mehparə xanım şagirdlərə infeksion xəstəliklər (qızılca, məxmərək, difteriya, skarlatina, qrip və s.), yoluxma yollarını aradan qaldırılması üçün profilaktik tədbirlərin aparılması, sanitar-gigiyena qaydalarına riayət olunması, peyvəndlərin tərbiqinin zəruriliyi haqqında geniş məlumat verdi. Daha sonra ilkin tibbi yardımın göstərilməsi qaydaları şagirdlər tərəfindən əyani surətdə həyata keçirildi. Məktəbin direktoru Nizaməddin Ağcayev, t/t iıləri üzrə direktor müavinləri Elşən Muqumov, Ülkər Yaqubova, məktəbin tibb bacısı Xalidə Süleymanova kiçik sanitarlara ilkin təcrübədə köməkçi oldular. Nizaməddin Ağcayev belə tədbirlərin müzntəzəm olaraq aparılmasında iştirakına görə Mehparə xanıma təşəkkür etdi