Bacarıqlı əllər

     "Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planı əsasında məktəbin tədbirlər planının 2.4.2. bəndinə uyğun olaraq məktəbin texnologiya müəllimləri Ruhəngiz Əzizova və Nazimət Misirxanova "Bacarıqlı əllər" adlı təqdimat-yarışma keçirdi. Yarışmada 8-ci sinif şagirdləri iştirak etdilər. Qızlar hazırladıqları şirniyyat, isti yeməklər, salatlar və tikiş - toxuma nümunələrinə görə müxtəlif nominasiyalarda münsiflər heyəti tərəfindən qiymətləndirildi. Məktəbin direktoru Nizaməddin Ağcayev qalib siniflərə diplomlar təqdim etdi və tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi