İslam vahid din kimi
"Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planı əsasında məktəbin tədbirlər planının 1.2.2 bəndinə uyğun olaraq məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Ülkər Yaqubova 6c sinfində "İslam vahid din kimi" adlı dəyirmi masa keçirmişdir.
Dərsdə İslam dinin yaranma tarixindən, ümumi prinsip və qanunlarından söhbət açıldı. Ulu öndər H.Əliyevin ölkəmizdə tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlərdən və ölkə başçısı cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi barədə şagirdlərə geniş məlumat verildi. Dərsdə dövlətimizin nümunəvi dövlət-din münasibətlərinin tənzimlənməsindən, İslam dövləti olaraq Azərbaycanın beynəlxalq arenada sülh və əməldaşlığa töhfə verməyə hazır olduğundan danışıldı.
Yekunda şagirdlərin sualları cavablandırıldı, məktəbin direktoru Nizaməddin Ağcayev çıxış edərək məktəblilərə tövsiyələr verdi.