Azərbaycan idmançıları
Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planı əsasında məktəbin tədbirlər planının 2.1.7 bəndinə uyğun olaraq məktəbin fiziki tərbiyə müəllimləri Xatirə Məmmədova və Xanlar Yagibekov "Azərbaycan idmançıları" mövzusunda müzakirə keçirdi. Müzakirədə Azərbaycanda idmana göstərilən dövlət qayğısından, bu gün Azərbaycan idmanın inkişaf səviyyəsinə görə dünyada irəlidə gedən ölkələrdən biri olduğundan, ölkəmizdə keçiriklən beynəlxalq səviyyəli idman yarışlarından və bu yarışlarda qazanılan nailiyyətlərdən ətraflı bəhs etdilər.Şagirdlər azərbaycanlı idmançıları, onların beynəlxalq turnirlərdə qazandıqları nailiyyətlər, ölkəmizə qazandırdıqları uğurlar haqqında müzakirələr apardılar.