İslam sülh dinidir
Məktəbin tarix müəllimi Şəfiqə Həsənova "İslam sülh dinidir" mövzusunda disput keçirmişdir. Şəfiqə müəllim şagirdlərə İslam dinin yaranma tarixi, yayılması, görkəmli xadimləri haqqında ətraflı məlumat vermişdir. O, bildirmişdir ki, Quran Allahın insanlara yolgöstərən olaraq endirdiyi bir kitabdır və Allah Quranda insanlara gözəl əxlaqı əmr edir. Bu əxlaqın əsasında isə sevgi, şəfqət, xoşniyyətlilik, xeyirxahlıq, ədalət və mərhəmət kimi anlayışlar dayanır. Ərəb dilində “İslam” kəlməsi “sülh” sözü ilə eyni mənanı daşıyır. İslam özündə Allahın sonsuz mərhəmət və şəfqətini əks etdirən, insanlara rahatlıq və sülh dolu bir həyat bəxş etmək üçün Yer üzünə endirilmiş bir dindir. Quran ayələrində insanlar Yer üzündə mərhəmətin, şəfqətin, xoş münasibətin və sülhün yarana və yaşaya biləcəyi model olaraq məhz İslam əxlaqına çağırılır. Xurafat və İslam arasındakı fərq ortaya çıxarılmadıqca radikalizm və dolayısilə, islamofibiya böyük bəla olaraq dünyanı bürüməyə davam edəcək.
Şagirdlər onları maraqlandıran suallar ətrafında müzakirələr aparmışlar.