118 №-li məktəbdə 11-ci sinif şagirdlərinə hüquqi biliklər öyrədilir

Təhsil Nazirliyinin razılığı ilə Almaniya Beynəlxalq əməkdaşlıq cəmiyyətinin maliyyə dəstəyilə Azərbaycan Hüquq İslahatlar Mərkəzi İctimai Birliyi 6 dərs saatı və 1 saat ekskursiya (Yasamal rayon məhkəmə iclasına)keçirir.Bu dərslərin keçirilməsində əsas məqsəd şagirdlərin Azərbaycan Respublikasının hüquq sistemi və Konstitusiyası ilə tanışlıq,habelə onlarda hüquqi biliklərin formalaşmasıdır.Bu layihə Bakıda 7 məktəb,Gəncədə 2 məktəb,Sumqayıtda 1 məktəbdə fevral-mart aylarında keçiriləcəkdir.Layihənin rəhbəri Azərbaycan Hüquq İslahatları Mərkəzi İctimai Birliyinin sədri,vəkillər kollegiyasının rəyasət heyətinin üzvü,hakimlərin seçki komitəsinin üzvü,hüquq elmləri üzrə fəlsəfə doktoru Anar Bağırovdur.Nəzərdə tutulan layihə üzrə Bakı şəhər Suraxanı rayonu Hövsan kəndi 118 saylı tam orta məktəbə təhkim olunmuş Bakı Hüquq Mərkəzi MMC-nin hüquq məsləhətçisi Tehran Hacıyevdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi