Artıq on milyon olduq
10 000 000 olduq! On milyon ürək Azərbaycan üçün döyünür artıq, on milyon beyin azərbaycanca düşünür, on milyon səs Azərbaycan deyir, vətən deyir!
Bu münasibətlə Suraxanı rayon İcra Hakimiyyətinin təşkil etdiyi bayram konsertində Suraxanı rayon ictimaiyyəti ilə yanaşı məktəbin kollektivi də ümumxalq sevincini paylaşlanların sırasında idi.
Yurdumuzun başına çox bəlalar gəldi, çox igidlərimiz şəhid oldu, Amma tamam qırılıb qurtarmadıq. Hələ varıq, olacağıq, qalacağıq, artacağıq!
İşimiz avand, torpağımız bərəkətli olsun, çağlayıb axan sularımız qurumasın, qanadlarımız qırılmasın, ocaqlarımız həmişəyanar olsun!
10 000 000-cu azərbaycanlının - Mehribanın qədəmi uğurlu olsun!