Fəlakət və qüssəsinin əzəməti ilə unudulmaz gün
Fəlakət və qüssəsinin əzəməti ilə unudulmaz gün - 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın.- 31 mart - Azərbaycanlıların Soyqırımı Günü kimi tarixə yazıldı.
Rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Azərbaycan Prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
Siniflərdə Azərbaycanlılarının Soyqırımı Gününə həsr olunmuş anım tədbirləri keçirildi. Şagirdlərə tarixi faciəni yaradan səbəblər, gedişatı, nəticələri, hadisəyə verilən siyasi-hüquqi qiymət haqqında ətraflı məlumat verildi, videoxronika nümayiş etdirildi və şagirdlərin ifasında kompozisiyalar təqdim olundu.