İlaxır Çərşənbə "Atəşgah məbədi"ndə
Bu gün Suraxanı rayon ictimaiyyəti ilə birlikdə “İlaxır Çərşənbə”ni Suraxanıda "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunda keçirdik. Kompleksin ərazisi Novruz bayramı atributları ilə göz oxşayırdı. Sərgidə sənətkarların maraqlı əl işləri nümayiş olundu. Novruzun rəmzləri Kosa və Keçəl ziyarətçiləri şənləndirdi, incəsənət ustalarının ifasında şən konsert proqramı tədbir iştirakçılarının marağına səbəb oldu. Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov rayon sakinlərini təbrik etdi və sərgiyə baxış keçirdi. Şagirdlərimizin ifasında təqdim edilən "Yallı" rəqsi İcra Başçısının və digər qonaqların bəyənisini qazandı. İlqar Abbasov məktəbin direktoru Nizaməddin Ağcayevə və bütün iştirakçılara təşəkkür etdi.