118 №-li məktəbdə Xocalı faciəsinin ildönümü münasibətilə tədbir keçirildi

Bu gün məktəbimizdə Xocalı soyqırımının 24-cü ildönümü münasibətilə tədbir keçirildi.Tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak edirdi.Tədbir iştirakçıları Xocalı şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.Çıxış edənlər,xalqımızın başına gətirilən bu dəhşətli faciə haqqında geniş məlumat verdilər.Onu "əsrin ən dəhşətli soyqırımı"adlandırdılar.Tədbirdə Xocalıda əhalinin başına gətirilən vəhşilikləri,amansız işgəncələri özündə əks etdirən videoçarxlar nümayiş etdirildi.İbtidai sinif şagirdlərinin iştirakı ilə səhnələşdirilən ədəbi-bəddi kompozisiya tamaşaçılara o illərin ağrı-acısını bir daha xatırlatdı.Şagirdlərin ifasında mövzu ilə əlaqədar şeir və mahnılar səsləndirildi.Sonra söz məktəbin direktoru Nizaməddin Ağcayevə veridi.O,faciənin tarixi barədə danışdı.Ulu öndər Heydər Əliyevin ilk dəfə bu faciəyə hüquqi-siyasi qiymət verməsini,möhtərəm prezidentimiz cənab İlham Əliyevin Xocalı soyqırımını dünyaya tanıtdırmaq yönündə apardığı işlər barədə tədbir iştirakçılarına geniş məlumat verdi.Sonra o,Xocalı soyqırımının 24-cü ildönümüün keçirilməsi barədə yaratdığı təşkilat komitəsinin işi haqqında danışdı.O qeyd etdi ki,üç nominasiya üzrə:1."İbtidai siniflərdə ən yaxşı imla","5-9-ci siniflərdə ən yaxşı inşa","10-11-ci siniflərdə ən yaxşı esse"2."1-11-ci siniflərdə ən yaxşı divar qəzeti"3."1-11-ci siniflərdə Xocalı faciəsinə həsr olunmuş ən yaxşı guşə"müsabiqə elan olunmuşdur.Təşkilat komitəsinin qərarından sonra 1-ci nominasiya üzrə 1-ç sinfi,"Ən yaxşı inşa"nominasiyası üzrə 7-ç sinfi,"Ən yaxşı esse"nominasiyası üzrə 10-cu sinif,"Ən yaxşı divar qəzeti "nominasiyası üzrə brinci yer 7-a sinfi,ikinci yer 6-a sinfi,üçüncü yer 5-a sinfi,7-c və 1-b sinifləri həvəsləndirici yerlərə layiq görlmüşdülər.N.Ağcayev məktəbin 7-c sinif şagirdi Ləman Baxşəliyevanın 26 fevral Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş bakı məktəbliləri arasında "Müharibə uşaqların gözü ilə"mövzusunda keçirilmiş inşa yazı müsabiqəsində Bakı şəhər Gənclər və İdman idarəsinin və Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun sertifikatına layiq görüldüyünü də qeyd etdi və qaliblərin fəxri fərmanlarını təqdim etdi..Tədbir Xocalı qurbanları üçün hazırlanmış ehsan süfrəsi ilə başa çatdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi