Xocalım, ay Xocalım
Bu gün xalq da, Vətən də
Unutmamışdır sizi.
Azadlıq arzusuyla
Alışan qəlbinizi,
Neçə-neçə igidi.
Siz rahat uyuyun ki,
Qalib gələr həqiqət!
Neçə ay, il keçsə də,
Zəfər çalar ədalət!
Ağzından alov çıxan silahlar yedi səni,
İştahalar, nəfslər, tamahlar yedi səni.
Bağışlanmaz, yuyulmaz günahlar yedi səni.
... Heç Allah götürərmi qisasımı gec alım?
Xocalım, ay Xocalım!