Azərbaycan dili-milli varlığımızdır

        "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 noyabr tarixli Fərmanına uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 dekabr 2018-ci il tarixli 857S nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı "Tədbirlər planı"nın aidiyyəti bəndlərinin icrasını təmin etmək məqsədilə Bakı şəhəri üzrə Təhsil İdarəsinin 01.02.2019-cu il tarixli,F-75 nömrəli əmrini rəhbər tutaraq, məktəbin müvafiq əmri ilə VI-XI sinif şagirdləriarasında "Azərbaycan dili-milli varlığımızdır" mövzusunda şeir müsabiqəsi keçirildi. Müsabiqədə şagirdlərimiz görkəmli sənətkarlarımızın Ana dili haqqındakı şeirlərini səsləndirdilər. Təşkilat komitəsinin üzvləri hər bir müsabiqə iştirakçısını ballarla qiymətləndirdilər. Müsabiqənin şərtlərini yerinə yetirən 5 iştirakçı digər mərhələdə dinləniləcək və qalib elan olunacaqdır. Digər fərqlənən iştirakçılar isə diplomlarla təltif olunacaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi