Valideynin məktəbdə bir günü
Bakı şəhəri üzrə Təhsil İdarəsi müdirinin F-66 nömrəli 28.01.2019-cu il tarixli əmrinə əsasən "Valideynin məktəbdə bir günü" adlı layihənin icrasına start verilmişdir. Layihənin keçirilməsində məqsəd valideynlərin övladlarının təhsil aldıqları müəssisə ilə yaxından tanışlığının təmin olunması , qeyri-formal mühitdə məktəbin pedaqoji heyəti və texniki işçi kollektivi ilə ünsiyyət platformasının yaradılmasıdır. Layihə çərçivəsində bir qrup valideyn məktəbi ziyarət etmiş və tədris müəssisəsinin fəaliyyətini yaxından izləmişlər.