"Xocalım,ay Xocalım"adlı anım tədbiri keçirildi
Azərbaycan xalqının qan yaddaşında silinməz izlər buraxan Xocalı soyqırımı XX-əsrin insanlığa qarşı törədilmiş ən qəddar və ən dəhşətli cinayətidir.Bu gün 118 №-li tam orta məktəbdə məktəbin 9-c sinif şagirdlərinin iştirakı ilə "Xocalım,ay Xocalım"adlı anım tədbiri keçirildi.Aparıcılar bu tarixi soyqırım haqqında geniş məlumat verdilər.Soyqırım zamanı həlak olmuş xocalıların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Sonra şagirdlərin ifasında dahi ədib Hüseyn Cavidin "İblis"pyesindən kiçik bir səhnəcik göstərildi.Azərbaycan xalqının qan yaddaşını təzələyən şeirlər söylənildi,xalqımızın mübarizə ruhunu daha da alovlandıran mahnılar ifa olundu.Tədbir hər kəsin böyük marağına səbəb oldu.Məktəbin direktoru N.Ağcayev öz çıxışında bu tarixi faciəyə öz münasibətini bildirərək,şagirdlərə bu cür gözəl,vətənpərvər mövzuya müraciət etdikləri üçün öz səmimi təşəkkürlərini bildirdi.Tədbir "Koroğlu"ürverturasının sədaları altında başa çatdırıldı.