Əliağa Vahidin xatirəsi anıldı
Fevral ayının 19-da118 saylı tam orta məktəbdə dahi Azərbaycan şairi və qəzəlxanı Ə.Vahidin anadan olmasının 120 illiyinə həsr olunmuş xatirə tədbiri keçirilmişdir. Tədbir iştirakçıları ilk olaraq ədibin abidəsi önünə gül dəstələri düzmüş və abidə önündə xatirə şəkili çəkdirmişlər.Sonra isə məktəb müəllim və şagird kollektivinin,Hövsan mədəniyyət evi ilə birgə hazırladığı ədəbi-bədii tədbir keçirilmişdir.Tədbirdə həmçinin,Hövsan kənd sakinləri,qəsəbə məktəblərinin direktorları,Suraxanı rayon icra hakimiyyətinin nümayəndəsi Yeganə xanım,37 saylı musiqi məktəbinin direktoru Möhüb müəllim və s.şəxslər iştirak etdilər.Çıxış edənlər ilk növbədə cənab Prezident İlham Əliyevin "Əliağa Vahidin 120 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzaladığını diqqətə çatdırdılar. Bildirildi ki, sərəncama uyğun olaraq ilboyu ölkəmizin hər yerində şairə həsr edilmiş silsilə tədbirlər təşkil olunur.Çıxışçılar vurğuladılar ki,ölkəmiz müstəqilliyini yenidən bərpa etdikdən sonra Vahid yaradıcılığının tədqiqinə xüsusi diqqət yetirilib, şairin əsərləri çap olunub, haqqında çoxsaylı elmi məqalələr yazılıb.Əliağa Vahid klassik şeir formalarında qələm çalan şairlərin sonuncusu, amma ən parlaq və bənzərsiz nümayəndələrindən biridir: “Vahid erkən yaşlarından Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir ənənələrini dərindən mənimsəyərək klassik sənətkarlar səviyyəsində qəzəl gülüstanı yaradıb. Tədqiqatçıların fikrincə, Vahid tarixi şəraitin təsiri ilə ərəb, fars tərkibli ifadələrlə ifrat dərəcədə yüklənmiş klassik əruz şeirini böyük məharətlə Azərbaycan-türk şeirinin qanunlarına tabe etdirməyi bacarıb. Onun şeirləri tərtəmiz ana dilimizdədir və həyatla nəfəs alır. Bununla belə, şair klassik Şərq qəzəlinin sərt qanunlarını da pozmur. Bu o deməkdir ki, Vahid yaradıcılığının estetik dəyərini böyük istedad və özünəqədərki təcrübəyə dərindən bələdlik müəyyən edir”.Tədbirdə dahi fizulişünas alim Mirzə Vərağa Almasov da iştirak edirdi.Onun Vahid yaradıcılığını geniş surətdə təhlil etməsi,onu klassik qəzəl ustadları ilə bərabər tutması Əliaga Vahid yaradıcılığına verilmiş ən böyük dəyərdi.Tədbirdə məktəbimizin şagirdləri Əliağa Vahidin qəzəllərini yüksək peşəkarlıqla iştirakçılara çatdırdılar.Vahidin qəzəllərindən muğamlar ifa olundu.Görkəmli meyxana ustadlarının da,iştirakı tədbirə xüsusi rəng qatdı.Tədbirdə kənd sakinləri də şıxış etdilər,onlar da Vahid yaradıcılığını yüksək qiymətləndirdilər.Sonra məktəbin direktoru N.Ağcayev söz alaraq,qonaqları bir daha salamladı və bu tədbirin keçirilməsində göstərdikləri köməyə görə hər kəsə təşəkkürünü bildirdi.O,həmçinin tədbirin həm təşkilində,həm də,gedişində fərqlənən kənd sakinlərini,müəllim və şagirdləri fəxri fərmanlarla təltif etdi.Tədbirin sonunda Mirzə Vərağa Almasov və digər iştirakçılarla xatirə şəkli çəkdirildi.