Qanlı yanvar-unutmadıq, unutmuruq, unutmarıq
20 Yanvar faciəsinin 29-cu ildönümüilə bağlı tədbirlər silsiləsindən məktəbin tarix müəllimi Gülər Osmanovanın hazırladığı ədəbi-bəddi kompozisiya şagirdlərin ifasında kollektivin diqqətinə çatdırıldı. Kompozisiyada hadisələri əks etdirən videoçarxlar, şeirlər və səhnəciklər təqdim olundu. Tədbirdə iştirak edən Suraxanı rayonu İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Lamiyə Namazova vətənimizin şanlı tarixinin unudulmaması və gənclərdə vətənpərvərlik hissinin aşılanması istiqamətindəki fəaliyyətinə görə məktəbin direktoru Nizaməddin Ağcayevə və tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirdi.