20 Yanvar faciəsi anılır
“20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin F-839, 28 dekabr 2018-ci il tarixli əmrinə əsasən məktəbimizdə 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir. Bu gün "Qəhrəmanlar unudulmur" mövzusunda 11a, 10a, 8b, 6a siniflərində açıq dərslər keçirilmişdir. Məktəbin direktoru Nizaməddin Ağcayev və Azərbaycan Televiziyasının əməkdaşları açıq dərslərdə iştirak edərək şagirdlərə müvafiq suallar ünvanlamış və ətraflı cavablar almışdır. Məktəbin tarix müəllimi Şəfiqə Həsənova Milli Televiziyaya müsahibəsində faciənin başvermə səbəbləri və bu tarixi hadisəyə Ulu Öndərin verdiyi siyasi qiymət barəsində, məktəbdə bu istiqamətdə görülən və görülməsi nəzərdə tutulan işlər haqqında ətraflı məlumat vermişdir.