Yeni ildə həmrəy olaq
Sevinin, a dostlar, sevinin bu gün
Yenə də bir yeni illə görüşdük.
Qəmi unutduran, kədəri danan
Neçə şirin-şirin dillə görüşdük.
Uşaq cavanlaşır, qocalır cavan,
Yaş üstə yaş gəlir, hər yeni ildə.
Qalacaq yenə də sirli, sehirli
Hər solan çiçək də, açılan gül də.
Sevinin, a dostlar, sevinin, bu gün
Sevinclər bəzəsin anlarınızı.
Gəlsin xoş xəbərlər hey dəstə-dəstə,
Müjdələr oxşasın günlərinizi.
Hər il dekabr ayının son gününün Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın tarixi Vətənlə - müstəqil Azərbaycanla əlaqələrinin möhkəmlənməsinə, həmçinin onların bir-biriləri ilə sıx ünsiyyət qurmalarına, milli-mənəvi dəyərlərimizin, ənənələrimizin qorunub saxlanılmasına xidmət edir.
Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dekabnn 31-də qeyd olunması təsadüfi deyildir. Ötən əsrin 80-ci illərinin axırlarında keçmiş ittifaq məkanında gedən proseslər Azərbaycanda milli oyanış hərəkatının geniş vüsət almasına gətirib çıxartdı, 1989-cu ilin soyuq, şaxtalı qış günündə minlərlə soydaşımız tarixin ədalətsiz hökmünə - təxminən 200 il bundan əwəl bağlanmış Türkmənçay və Gülüstan sülh müqavilələrinin şərtlərinə etiraz əlaməti olaraq Araz çayının sahilinə toplaşdılar, doğma Azərbaycanı ikiyə bölən tikanlı məftilləri dağıtdılar. Beləliklə, 31 dekabr Azərbaycanın tarixinə Milli Həmrəylik Günü kimi daxil oldu.
Bu tarixin rəsmiləşdirilməsi isə ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Onun təşəbbüsü ilə 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Milli Həmrəylik və Birlik Gününün təsis olunması barədə qərar qəbul etdi. Bundan cəmi doqquz gün sonra Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası hər il dekabr ayının 31- nin Azərbaycanlıların Həmrəylik Günü elan olunması barədə sərəncam verdi. Beləliklə, bu tarix dünya azərbaycanlılarının hər il yüksək sevinclə qeyd etdikləri milli bayrama çevrilmişdir.
Dünya Azərbaycanlılarının həmrəylii günü və yeni təqvim ilinin gəlişi ilə bağlı bayram tədbiri keçirildi. Tədbirdə şagirdlərimizin bir-birindən rəngarəng çıxışları məktəb kollektivinin zövqünü oxşadı. Məktəblilərin ifasında müxtəlif xalqların rəqsləri, mahnıları, şeirləri maraqla dinlənildi. Məktəbin direktoru çıxış edərək Azərbaycanlıların Həmrəylik Gününnün təsis olunmasında Ümummilli lider Heydər Əliyevin danılmaz rolu, ölkəmizin, Ali Baş Komandan İlham Əlyevin rəhbərliyi altında ötən illərdə imza atdığı nailiyyətləri haqqında ətraflı məlumat verdi. Məktəbin şagird və müəllim heyətini bayramlar münasibətilə təbrik etdi və hər kəsə yeni ildə yeni uğurlar arzuladı.