Bəxtiyar Vahabzadənin anım günü keçirildi

Bu gün dramaturq, ədəbiyyatşünas, xalq şairi Bəxtiyar Vahabzadənin anım günüdür.B.Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir. Şairin əsərləri – şeir kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar, keçmiş Sovetlər Birliyi xalqlarının dillərinə tərcümə edilib.O, həmçinin Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinin və Ağsaqallar Şurasının üzvü idi (1991). Ədəbi-bədii prosesin yorulmaq bilməyən təbliğatçısı və təşkilatçısı kimi tanınırdı.Azərbaycan KP Bakı şəhər Komitəsinə üzv və bir neçə çağırış Bakı xalq deputatları Sovetinə və X çağırış Azərbaycan Ali Sovetinə, 1995 və 2000-ci illərdə Azərbaycan Milli Məclisinə deputat seçilib. 1976-cı ildə “Leninlə söhbət” və “Muğam” poemalarına görə Azərbaycan Dövlət mükafatına layiq görülüb.Qırmızı Əmək Bayrağı” və “İstiqlal” (1995) ordenləri ilə təltif olunub.118 saylı tam orta məktəbdə də məktəbin ədəbiyyat müəllimi Elmira Qədirova 5-a sinif şagirdləri ilə birlikdə bu böyük şairi andılar,onun yazdığı şeirlərdən parçalar söylədilər,şeirlərinə yazılmış mahnılar oxudular.Elmira müəllim şairin yaradıcılığı haqqında geniş məlumat verdi.Tədbirdə məktəbin müəllimləri ilə yanaşı,valideynlər də iştirak edirdilər.Tədbir maraqlı sonluqla başa çatdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi