Qalib layihənin təqdimatı
Qalib layihənin təqdimatı keçirilib.
21 noyabr Bakı şəhər 84 saylı tam orta məktəb Təhsildə inkişaf və innovasiyalar üzrə ll qrant layihəsinin qalibi olmuş,24000 manat büdcəsi olan "Ümumpedaqoji məsələlər mövzusunda öyrədici animasiya filmlərinin hazırlanması"lahiyəsinin təqdimatı baş tutmuşdur. Tədbirdə TİPİİ-nin direktoru Vəfa xanım Yaqubova,BŞTİ-nin Keyfiyyətə nəzarət sektorunun məsləhətçisi Namiq Ağayev,YAP Suraxanı rayon təşkilatının aparat rəhbəri Fərman Rəsulov,YAP-ın əməkdaşı Ənvər Haqverdiyev, layihə rəhbəri Şəfəq İbişova,layihənin eksperti 118 saylı tam orta məktəbin ibtidai sinif müəllimi,təlimçi,kitab müəllifi Şəlalə Novruzova ,Suraxanı rayon məktəb drektorları iştirak edirdilər. Tədbirdə həmçini 3 ədəd animasiya filmi nümayiş etdirilib.Layihənin məqsədi təhsil işçilərinin peşəkarlıq səviyyəsinin artırılmasına nail olmaqdır.Hazırlanmış mətnlərin animasiya film şəklinə salınması Fuad Əliyevə sifariş edilmişdir.Layihə 4 ay müddətində müəyyən işlər görmüşdür.Ekspertlər tərəfindən ümumpedaqoji tövsiyyələrin ,xarici ədəbiyyatın seçimi ilə bağlı iş aparılmışdır.Ekspertlər tərəfindən mətnlər seçilmiş ssenarilər hazırlanmışdır.Hazırda növbəti animasiya filmlərinin hazırlanması davam edir.Layihənin icra müddəti 05.03.2019-ci ildə yekunlaşır.